"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı maliyyə naziri Vahe Ovanisyana istinadən məlumat yayıb. Erməni nazir deyib ki, Azərbaycan hökumətinin İrəvana münasibətdə tranzit məhdudiyyətlərini aradan aradan qaldırması və yanacaq məhsullarının ölkəyə daxil olması iqtisadi həyatda canlanmaya səsbəb olub: "Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərib. Hazırda investisiya həcmi və ya "Tramp Marşrutu layihəsinin potensial təsiri barədə heç bir məlumatım yoxdur. Çünki bu, layihələndirmə mərhələsi və ya tamamlandıqdan sonra məlum olacaq".
Vahe Ovanisyan vurğulayıb ki, Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq genişləndikcə Ermənistan bazarına daxil olan məhsulların çeşidlərində də artıma səbəb olacaq. Onun sözlərinə görə, iki ölkə arasında sülh və əməkdaşlıq Ermənistan iqtisadiyyaına müsbət təsir göstərəcək: "Bizim bu cür əməkdaşlıqdan çox böyük gözləntilərimiz var. Sülh prosesi dərinləşdikcə iqtisadi əlaqələr də genişlənəcək və bu, gələcəyimiz üçün yaxşı imkanlar vəd edir".
Elxan SALAHOV