Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Mən Qarabağdan köçmüş insanlarla görüşdüm, bu görüş mənim üçün vacib idi. Hesab edirəm ki, xarici siyasət yalnız diplomatların görüşündən ibarət olmamalıdır. Biz adi insanlarla görüşməli, onların hekayəsini bilməliyik", - nazir qeyd edib. (APA)