Bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.
"Görüş zamanı Azərbaycan-İordaniya münasibətləri, həmçinin energetika sektorunda gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib", - məlumatda deyilir.
Bundan əlavə, Azərbaycanın səfiri İordaniyanın rəqəmsal iqtisadiyyat və sahibkarlıq naziri Sami Smeirat ilə görüşüb. Onlar ikitərəfli münasibətləri və rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər. (Report)