23.04.2025, 13:27
AZ EN
23.04.2025, 09:51 25

Ermənistanın bəzi əraziləri Azərbaycana qaytaracaq

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının yeni mərhələsi Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacaq. Ermənistanın Noyemberyan rayonunun Koğb və Berdavan kəndlərinin yerləşdiyi bu ərazilərin müəyyən hissəsi demarkasiyadan sonra Azərbaycana veriləcək.

"Vətən səsi" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tavuş vilayətindən olan jurnalist Voskan Sarkisyan bildirib. Onun sözlərinə görə, Tavuş sərhəd zonasında xidmət edən müqaviləli hərbçilər deyiblər ki, həmin ərazidə demarkasiyaya aprelin 15-də başlanmalı idi: "Demarkasiya ona görə ləngiyir ki, yeni sərhədlərdən sonra bəzi ərazilər Azərbaycana veriləcək, erməni mövqeləri arxa cəbhəyə keçəcək. Amma Ermənistanın nəzarətində qalacaq mövqelər hələ müəyyənləşməyib və yeni sərhəd xətti müvafiq materiallarla təchiz olunmayıb".

Sərhədçilər bildiriblər ki, yeni sərhəd xətti ermənilərin Qırants, Berkaber kəndlərinin yaxınlığından keçəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər