Dövlətimizin başçısı məktubunda xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətlərinin hər iki xalqın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inamını ifadə edib.
“Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. (AZƏRTAC)