24.01.2026, 03:07
AZ EN
23.01.2026, 19:05 124

İspaniya parlamentinin sədri Azərbaycanla ortaq dəyərlərin olduğunu deyib

XƏBƏRLƏR
  • Azərbaycan və İspaniyanı enerji keçidinə sadiqlik birləşdirir, bu keçid iqlim dəyişikliyi problemlərinin həllinə töhfə verir.

Bu barədə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşün nəticələrinə dair "X" sosial şəbəkəsində yazıb.

"Biz bu mürəkkəb və sürətlə dəyişən dünyada paylaşdığımız problemləri və məqsədləri müzakirə edə bildik. Sülh, beynəlxalq hüquqa və insan hüquqlarına hörmət, dialoq kimi münaqişələrin həlli vasitəsi - bütün bunlar bizi birləşdirir", - deyə o yazıb.

Armenqol Sosias enerji keçidinin də vacib birləşdirici amil olduğunu vurğulayıb.

"Bizi həmçinin iqlim dəyişikliyi problemlərini həll etməyə kömək edən enerji keçidinə sadiqliyimiz birləşdirir. İspaniya və Azərbaycan naminə bu gün bizi qəbul edən bu gözəl ölkədə parlament diplomatiyasının bir hissəsi olmaq xoş idi", - o qeyd edib. (Report)

Oxşar xəbərlər