Bu sözləri Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Xalid Niyazov “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.
“Araşdırmalar göstərir ki, Ermənistan yalnız işğalçı dövlət deyil, həm də mədəniyyətə qarşı sistemli soyqırımı həyata keçirən bir aktordur. Hər bir millətin etnik kimliyini müəyyən edən mənəvi, ruhani, maddi və mədəni dəyərləri qorunmalıdır. Qəbir abidələrinin dağıdılması isə birbaşa olaraq xalqın tarixi yaddaşına, mənəviyyatına və mədəni irsinə qarşı yönəlib", - deyə X.Niyazov əlavə edib. (AZƏRTAC)