23.11.2024, 01:48
AZ EN
24.04.2024, 20:51 246

Vasitəçisiz danışıqlar: Sülh müqaviləsinə kimlər mane olur?

XƏBƏRLƏR
  • Proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli formada daha müsbət nəticələr əldə edirlər. Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilən nəticələr də ikitərəfli görüşlərin daha səmərəli nəticələr verdiyini, vasitəçilər olduqda isə prosesin uzandığını göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov deyib ki, son dövrlərdə Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlar daha müsbət nəticələr verir.

“Yəni üçüncü tərəfin iştirak etmədiyi danışıqlar daha müsbət nəticələr verir. Hesab edirəm ki, bu praktika davam etdiriləcək. Azərbaycan sülhə hazırdır və öz təkliflərini verib”, - deyə E.Həsənov əlavə edib. (Trend)

Oxşar xəbərlər