"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiyanın "Neavisimaya qazeta" nəşrində dərc olunan məqalədə bildirilir. Avropa İttifaqının gələn ilin yayında Ermənistanda keçiriləcək gələn parlament seçkilərinə Rusiyanın müdaxiləsinin qarşısının alınmasına kömək etmək istəyinə həsr olunanm məqalədə Brüssel-İrəvan yaxınlaşmasının Ermənistana yaxşı heç nə vəd etmədiyi vurğulanır. Rusiya mətbuatının yazdıqlarından belə anlaşılır ki, sərhədlərinin təhlükəsizliyini ruslara etibar edən Ermənistann Avropa İttifaqı ilə münasibətlərinin yüksələn xətlə inkişafı İrəvanın başına bəla ola bilər. Ermənistanın mərkəzi regionunda - Gümrü şəhərində Rusiyaya məxsus 102-ci hərbi bazasnın olması isə vəziyyəti daha da mürəkkəbləşdirir, İrəvan üzərindən Moskva-Brüssel qarşıdurmasının hərbi müdaxilə həddinə çatması riskini artırır. Paşinyan hökumətinə qarşı təhdid xarakteri daşıyan yazıda qeyd olunur ki, Avropa İttifaqı gələn ilin yayında Ermənistanda keçiriləcək gələn parlament seçkilərini Rusiyanın müdaxiləsindən qorumaqda kömək etmək niyyətindədir. Bu məqsədlə Brüssel İrəvana 12 milyon avro ayırmaq istəyir.
"Erməni müxalifəti hesab edir ki, respublika Rumıniyanın taleyini bölüşməyə hazırdır, hökumətyönlü media isə Moskvanı ölkəyə yaxınlaşan əsas təhlükə adlandırır. İqtidarın mənafelərini müdafiə edən mətbuatın apardığı kampaniya Moskvanın "Tramp yolu"nun parametrləri və layihədə mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşməyə hazır olmasısını bəyan etdikdən sonra kəskinləşib. Rusiya hökuməti bəyan edib ki, İrəvan-Moskava əməkdaşlığı üçün iki əsas amil var - Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması və ölkənin dəmir yolu şəbəkəsini idarə edən "Rusiya Dəmir Yolları" Törəmə Şirkətinin respublikada mövcudluğu. Ermənistan hökuməti isə Rusiyanın istəyinə qarşı çıxıb. Parlamentin vitse-spikeri Ruben Rubinyan Moskva ilə bu mövzuda hər hansı müzakirə aparılmadığını deməklə "Tramp yolu" layihəsində əməkdaşlıq imkanlarını rədd edib", - deyə "Neavisimaya qazeta" yazıb.
Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan mövzunu rus mətbuatına şərh edərkən bildirib ki, Ermənistan hakimiyyətinin qarışıq reaksiyası "Tramp yoluı" layihəsinin hələ başlanğıc mərhələsində olması ilə bağlıdır. Onun sözlərinə görə, bu layihədə kimin və nə dərəcədə iştirak edə biləcəyi hələ tam şəkildə müəyyən edilməyib və qarşıdakı dövr ərzində nələrsə dəyişə bilər: "Rusiya və ABŞ-ın bu məsələlərdə razılığa gəlməsi kifayət qədər mürəkkəb və çətindir. Amma bu, qeyri-mümkün də deyil. Bəzi birgəyaşayış formaları mümkündür, lakin bu, uzun müzakirə tələb edəcək".
İskandaryan bildirib ki, təkcə ABŞ deyil, Avropa İttifaqı da Rusiyaya mane ola bilər. O, Avropa İttifaqının xarici işlər naziri Kaya Kallasın bir neçə gün əvvəl səsləndirdiyi bəyanata istinad edərək bildirib ki, Qərbin Ermənistan qarşısında şirnikləndirici addımları İrəvanı Moskavadan bir az da uzaqlaşdırır.
Xatırladaq ki, Kallasın bəyanatına görə, Avropa İttifaqı 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistana hibrid hücumlarla mübarizə aparmağa kömək edəcək. Avropa komissarı deyib ki, bunu İrəvandakı hökumət rəsmiləri özləri xahiç edib: "Onlar Moldovaya göstərdiyimiz dağıdıcı xarici təsirlərə və hibrid təhdidlərə qarşı mübarizədə eyni yardımı istədilər".
Elxan SALAHOV