12.12.2025, 22:02
AZ EN
12.12.2025, 20:05 3

Belarusda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

XƏBƏRLƏR
  • Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ili ilə əlaqədar anım tədbiri keçirilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə səfirliyin heyəti, Belarus Azərbaycan İcmaları Konqresi və onun regional şöbələrinin, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq”, Moqilyovda fəaliyyət göstərən “Azəri”, Bobruyskda fəaliyyət göstərən “Vətən” cəmiyyətlərinin rəhbərləri və üzvləri, eləcə də azərbaycanlı tələbələr iştirak edib.

Əvvəlcə Ulu Öndərin səfirliyin inzibati binasının foyesindəki büstü önünə gül dəstələri qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Məhərrəm Əliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən və dövlət quruculuğu sahəsində görülən işlərdən, həmçinin onun rəhbərliyi ilə ölkəmizin milli maraqlarının qorunması naminə aparılan uğurlu xarici siyasətdən bəhs edib.

Ata nəsihətini yerinə yetirən Prezident İlham Əliyevin komandanlığı altında rəşadətli Ordumuzun 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etdiyini, onun müdrik siyasəti və peşəkarlığı sayəsində beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunun gündən-günə artdığını bildirib.

Həmçinin Azərbaycan-Belarus əlaqələrinə toxunan səfir, ölkələrimiz arasındakı dostluq münasibətlərinin memarının da Ümummilli Lider olduğunu qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Daha sonra Ümummilli Liderin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib. (AZERTAC)

Oxşar xəbərlər