25.01.2026, 03:09
AZ EN
10.12.2025, 17:13 123

İrəvan Bakı ilə geniş spektrli ticarətə hazırlaşır

XƏBƏRLƏR
  • İrəvan Bakı ilə geniş spektrli ticarətə əlaqələrini qurmağa hazıdır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib. O, qeyd edib ki, ticarət əlaqələrinin qurulmasına görə yalnız bir sektorla məhdudlaşmamaq Ermənistan üçün daha vacibdir: "Çünki əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün qarşılıqlı faydalı ola bilər: "Söhbət təkcə neftdən getmir. Baxmayaraq ki, bu istiqamətdə ilk daşınmaların başlanması mümkündür. Ona görə də Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinə təkcə neft məhsulları deyil, bütün növ mallar daxil olmalıdır".

Ermənistan parlamentinin spikeri əlavə edib ki, enerji və digər malların tədarükü üçün nə qədər çox variant olarsa, bu, İrəvan üçün bir o qədər sərfəli olar. Onun fikrincə, şərait yaradılmalıdır ki, Azərbaycan da Ermənistan ərazisindən ixracda maraqlı olsun: "Ermənistan Azərbaycanla ticari-iqtisadi əməkdaşlığa hazırdır, bu, neft məhsullarının alınmasını da əhatə edə bilər. Əlbəttəi, alternativ enerji mənbələri nə qədər çox olsa, Ermənistan üçün bir o qədər yaxşıdır.Amma eyni zamanda Azərbaycala digər məhsullarla da bağlı ticarət əlaqələri qurulmalı, inkişaf etdirilməlidir".

Simonyan qeyd edib ki, İrəvan həm də Bakıya öz mallarını Azərbaycanın əsas hissəsindən Ermənistan vasitəsilə Naxçıvana, eləcə də Türkiyəyə göndərməyə imkan yaradacaq. O, yaxın gələcəkdə belə tranzitin mümkünlüyünü istisna etmir: “Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr davam edir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistana neft məhsullarının Gürcüstan üzərindən daşınması ilə bağlı elan edilmişdi. Tbilisi Bakı neftinin İrəvana daşınması üçün birdəfəlik rüsumsuz tranzit sazişi ilə razılaşıb.

Elxan SALAHOV

Oxşar xəbərlər