“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.
İmzalanma mərasimindən sonra Avropa İttifaqının nümayəndəsi mətbuata açıqlama verib. O, deyib ki, razılaşmaya görə, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq.
Aİ-nin genişlənmə siyasəti üzrə ali komissarı Marta Koss bundan əvvəl bəyan etmişdi ki, strateji tərəfdaşlıq gündəliyi Ermənistanın iqtisadi inkişafı və təsisatlarının güclənməsinə töhfə verəcək dəstək olacaq. Yeni tərəfdaşlıq gündəliyinə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxildir.
Kos onu da vurğulayıb ki, parlament seçkiləri ərəfəsində Ermənistanı mümkün hibrid təhdidlərdən qorumaq, dezinformasiya yayılmasına və kiberhücumlara qarşı mübarizə aparmaq üçün dəstək göstərəcəklər.
Elxan SALAHOV