"Vətən səsi" xəbər verir ki, müraciət Azərbaycana qarşı 907-ci maddənin ləğv edilməsinin zəruriliyi ilə bağlıdır. Qeyd olunur ki, ABŞ-dakı digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoksal təşkilatlar da Amerika liderinə oxşar müraciətlər edəcəklər. Həmin saziş 2020-2021-ci illərdə İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra müqavilələrin məcmusundan ibarətdir. “İbrahim Sazişi”nin adı yəhudilik, xristianlıq və islam ənənələrində eyni dərəcədə hörmət edilən İbrahim peyğəmbərə aiddir.
2020-ci il avqustun 13-də ABŞ-ın vasitəçiliyi ilə verilən ilk normallaşma elanı yalnız İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı razılaşmanı nəzrdə tuturdu. Lakin artıq həmin il sentyabrın 11-də İsrail və Bəhreyn arasında saziş elan olundu və 15 sentyabr 2020-ci ildə ABŞ Ağ Evində rəsmi imzalanma mərasimi keçirildi. Bundan sonra BƏƏ və Bəhreyn İsrailin suverenliyini tanıdı və tam diplomatik münasibətlər qurdu.
2020-ci ilin dekabrında Mərakeş “İbrahim Razılaşması”na qoşuldu. 2021-ci ilin yanvarında Sudan İsraillə münasibətləri normallaşdıran altıncı ərəb dövləti (İordaniya və Misir də daxil olmaqla) oldu.
Xatırladaq ki, 1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermirdi. 2001-ci il "11 sentyabr hadisdəsi"dən sonra Buş administrasiyası Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac olduğu üçün bu düzəlişdən müvəqqəti imtina edib. Bununla belə, 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı nəticəsində Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen Bakının kəskin tənqidinə səbəb olan düzəlişin dayandırılmasını uzatmamaq niyyətində olduğunu bəyan edib. Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirərək, ABŞ-a keçmiş dəstəyinə işarə edib və Vaşinqtonu ikili standartlarda ittiham edib.
Elxan SALAHOV