19.11.2025, 19:09
AZ EN
15.11.2025, 12:22 128

Əziz Ələkbərli: Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması olaraq, tarixi torpaqlarımıza qayıdış uğrunda apardığımız mübarizədə əsas istinadgahımız beynəlxalq hüquqdur. Təsadüfi deyil ki, İcmanın əsas fəaliyyət sənədi olan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nda da açıq şəkildə qeyd etmişik ki, İcma öz fəaliyyətini həm ölkədaxili, həm də beynəlxalq hüquqa əsaslanaraq həyata keçirir. Qərbi Azərbaycan İcması olaraq, əsas hədəfimiz soydaşlarımızın öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri fərdi və kollektiv cinayətlər son 100 ildə demək olar ki, bütün hədləri aşıb. Təkcə son deportasiya dövründə - 1987–1991-ci illərdə Ermənistanda 200-dən çox soydaşımız amansızlıqla qətlə yetirilib, 400-dən artıq insanımız ağır bədən xəsarətləri alıb, 300-ə yaxın yaşayış məntəqəsindən deportasiya olunan azərbaycanlılara böyük miqdarda maddi və mənəvi ziyan vurulub. Lakin təəssüf ki, Ermənistan bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, hətta öz doğma yurdlarından qovulmuş insanların geri qayıdış hüququnun tanınmasından da yayınır. Ən dəhşətlisi isə odur ki, bu cinayətlər uzun illər sistemli şəkildə həyata keçirilib və münaqişənin əsas səbəblərindən birinə çevrilib.

Bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

"Təəssüf ki, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir. Bilirsiniz ki, Vaşinqton görüşündən sonra erməni mediası belə bir fikir yaymağa çalışdı ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandırır, Azərbaycan Qərbi Azərbaycana qayıdış iddiasından imtina edir. Onlar bu yalan və özlərinə sərf edən fikri ictimai rəyə sırımağa cəhd göstərirdilər. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi tarixi çıxış isə erməni mediasının və siyasətçilərinin yaydığı bu ziyanlı, yanlış, qərəzli iddiaları tamamilə darmadağın etdi. Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi davam edəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar, çünki bu onların tarixi, mənəvi və hüquqi haqqıdır",- deyə Ə. Ələkbərli vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər