Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, minaların təmizlənməməsi həmin ərazilərə qayıdışı mümkünsüz edir: “Minaların təmizlənməsi üçün Ermənistanın minalamağa xərclədiyi rəqəmdən qat-qat çox vəsait lazım olacaq. İndiyədək mina qurbanı olan vətəndaşlarımızın sayını açıqladıq. Habelə belə bir anlayış var: qanla yazılmış qanun. Fikrimcə, “Minatəmizlənəmə haqqında” qanun da məhz qanla yazılıb”. (Report)