20.04.2025, 02:05
AZ EN
20.04.2023, 19:47 286

Mixalko: “İrəvanda Azərbaycan bayrağının yandırılması son dərəcə acınacaqlı hadisədir”

XƏBƏRLƏR
  • “İrəvanda Azərbaycan bayrağının yandırılması son dərəcə acınacaqlı hadisədir”.

Bunu açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Onun sözlərinə görə, idman tədbirləri qarşılıqlı hörmət və anlaşma kimi ümumi dəyərlər ətrafında birləşmək, fərqliliklərə baxmayaraq, insanları bir araya gətirmək imkanıdır.

“Aİ Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, - o bildirib.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. ("Report")

Oxşar xəbərlər