Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının normallaşmaya töhfəsini qiymətləndirmək çətindir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın və şəxsən prezident Vladimir Putinin fəal köməyi ilə başlayıb.
Zaxarova xatırladıb ki, 2020-2022-ci illərdə Moskvanın birbaşa iştirakı ilə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əldə etmək mümkün olub:"Onlar sözün əsl mənasında “yerdə” axan qanı dayandırdılar və sülh prosesinin əsas istiqamətlərini müəyyənləşdirdilər". (APA)