"Vətən səsi" xəbər verir ki, bunu Cənubi Qafqaz Dəmir Yolu QSC-nin baş direktoru Aleksey Melnikov "Sputnik Armenia"ya açıqlamasında bildirib. O, qeyd edib ki, məhudiyyətlərin ləğvi barədə qərardan sonra Rusiyadan Ermənistana taxıl tədarükü bütünlüklə Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir: "Yaxın saatlarda Azərbaycan ərazisindən Gürcüstana, daha sonra isə Ermənistana 15 vaqon Rusiya taxılı çatacaq. Eyni zamanda bir neçə gündən sonra Qazaxıstan taxılı ilə yüklənmiş növbəti qatar eyni marşrutla Ermənistana göndəriləcək"..
Melinkov onu da əlavə edib ki, Azərbaycan üzərindən Ermənistana tranzit yükdaşımalarına icazə verilməsi tarixi addımdır və bu, pratkik olaraq ticarət əlaqələrini asanlanlaşdırmaqla yanaşı xərcləri də azaldır: "Azərbaycan tərəfinin bu qərarı alqışa layiqdir. Çünki bu marşrut praktiki olaraq yeni tarixin başlanğıcıdır. Artıq Çin istiqamətindən konteyner qatarlarının göndərilməsi imkanları da mövcuddur".
Elxan SALAHOV