19.11.2025, 20:26
AZ EN
28.10.2025, 17:14 145

Avropalı deputatdan Ermənistana xəbərdarlıq

XƏBƏRLƏR
  • Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avronest) 12-ci plenar sessiyasında iştirak etmək üçün Ermənistanda səfərdə olan avropalı deputat Naço Sançes İrəvanda insanların sosial şəbəkələr vasitəsilə söylədiyi tənqidi fikirlərə görə təqib olunmasından təəccüblənib. Avropa Parlamentinin üzvü belə halların bir daha təkrarlanması üçün Ermənistanın dövlət və hökumət nümayəndələrinə xəbərdarlıq edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Naço Sançes hakimiyyət orqanlarını belə məsələlərdə ayıq-sayıq olmağa çağırıb:  “Əgər Ermənistanda insanların sosial şəbəkələrdə söylədiyi fikirlərə görə mühakimə olunduğu belə bir təcrübə varsa, o zaman diqqətli və ayıq-sayıq olmaq lazımdır”.

“Demokratik ölkələrdə sosial şəbəkələrdə yazılanlara görə insanlar təqib olunmamalıdır. Ermənistan özünü Avropa İttifaqına üzvlüyə namizəd hesab edirsə, bu kimi məsələlərə diqqətli olmalıdır. Ermənistanda hüquq sistemində böyük sovet mirası qalır və bu, aşağıdakı prinsipə əsaslanır: əvvəlcə onu həbsxanaya göndərin, sonra nə olacağını görəcəyik. Ədliyyə Nazirliyi bu irsə qarşı fəal mübarizə aparır”, - Avropa Parlamentinin deputatı qeyd edib.

Elxan SALAHOV

Oxşar xəbərlər