01.07.2025, 16:18
AZ EN
01.04.2025, 14:26 75

Erməni diasporu öz əhəmiyyətini itirir

XƏBƏRLƏR
  • Rəsmi İrəvan qondarma “erməni soyqırımı” məsələsini xarici siyasət gündəmindən çıxarmağa hazırlaşırr. Artıq hökumət səviyyəsində, hətta Baş nazir Nikol Paşinyan bununla bağlı açıq bəyanatlar da səsləndirilir. Ermənistanın yalan və tarixi gerçəklikdən uzaq siyasət üzərində qurduğu bu strategiyadan geri çəkilməsi həm də xaricdə böyük təsirə və lobbiçilik imkanlarına malik erməni diasporunun da fəaliyyətini məhdudlaşdıracaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib. O, ABŞ Konqresinin 60 üzvünün Dövlət katibi Rubioya, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin davam etdirilməsi və ya sərtləşdirilməsi ilə bağlı məktub göndərməsinin də təsadüfi olmadığı qənaətindədir: "Bu, sadəcə olaraq, son 30 ildə erməni diasporunun yanaşmasının davamıdır, burada erməni diasporunun izi olduğunu qeyd edib. Mənim fikrimcə, sülh sazişinin əleyhdarları narahatdırlar ki, əgər Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırsa, artıq onların fəaliyyət səbəbi qalmayacaq. Diasporun rəhbərliyi narahatdır ki, onlar hər zaman etdikləri kimi, Azərbaycanın Ermənistan əleyhinə hərbi əməliyyat planlaşdırdığı və ya etnik təmizləmə apardığı iddiaları ilə pul toplaya bilməyəcəklər. Etnik təmizləmə iddiaları isə tamamilə ədalətsizdir”.

ABŞ Konqresinin 60 üzvünün dövlət katibinə ünvanladığı məktubu şərh edən sabiq səfir əlavə edib ki, 44 günlük müharibə və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın həmin ərazilərdə suverenliyini bərpa edəndən sonra öz fəaliyyətini yalan iddialar üzərində quran erməni diasporu əhəmiyyətini itirib: "Azərbaycanın haqlı olaraq erməni qoşunlarını Qarabağdan qovub çıxarıb. Halbuki indiyədək erməni diasporu öz fəaliyyətini məhz bu məsələnin üzərində qurmuşdu. İki il əvvəl Qarabağda qeyri-qanuni mövcud olan erməni qoşunlarının çıxarılması ilə separatçı rejimin də fəaliyyəti sona çatdı. Azərbaycan tərəfindən etnik təmizləmə həyata keçirildiyi və ya erməni əsilli şəxslərin təhdid olunduğu iddiaları yalan və qorxu yaratmağa yönəlib. Bu isə erməni diasporunda sülh əleyhdarlarının pul toplamasına və siyasi təsirini qorumasına kömək edir”.

Elxan SALAHOV

Oxşar xəbərlər