Bu sözləri “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov söyləyib.
O xatırladıb ki, cari ilin əvvəlində Antoni Blinken Prezident İlham Əliyevə zəngində COP29-un Azərbaycanda keçirilməsini yüksək dəyərləndirmiş və əməkdaşlıqdan məmnunluq ifadə olunmuşdu. Həmçinin Prezident Cozef Bayden dövlətimizin başçısını Müstəqillik Günü münasibətilə təbrikində COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazır olduğunu demişdi.
“Bu baxımdan məlum olur ki, 26 konqresmen ABŞ-da fəaliyyət göstərən erməni diasporu və Azərbaycanı sevməyən digər qüvvələrin təsiri altında bu addımı atıb.
Konqresmenlərin atdığı addımlar COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı heç nəyi dəyişmir, qərar artıq qəbul olunub. Çünki Azərbaycan COP28 tədbirində 100-dən çox dövlətin, hətta münaqişədən yeni çıxmış olsa da, Ermənistanın dəstəyini alaraq mötəbər tədbirin Azərbaycanda keçirilməsinə nail oldu. Bu da ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurların və nüfuzunun artmasının nəticəsidir”, - deyə QHT sədri vurğulayıb. (AZƏRTAC)