21.05.2024, 12:14
AZ EN
22.11.2023, 20:45 162

Komitə sədri: Heydər Əliyev Qafqaz xalqları arasında dostluğun möhkəmlənməsində önəmli rol oynayıb

XƏBƏRLƏR
  • Heydər Əliyev Qafqaz xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində önəmli rol oynayıb.

Bunu Gürcüstan parlamentinin Diaspora və Qafqaz məsələləri komitəsinin sədri Beka Odişaria Tbilisidə, Milli Parlament kitabxanasında “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimində deyib.

O, qeyd edib ki, yarım əsrlik siyasi fəaliyyəti olmuş Heydər Əliyevin səyləri sayəsində Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq münasibətləri daha da möhkəmlənib. Heydər Əliyevin və region liderlərinin iştirakı ilə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsası qoyulub, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri kimi beynəlxalq layihələr həyata keçirilib.

Beka Odişariya Tbilisidə çoxlu etnik azərbaycanlı yaşadığını xatırladıb.

O, Tbilisinin mərkəzində Heydər Əliyevin büstünün ucaldıldığını, bunun gürcü və Azərbaycan xalqları arasında sarsılmaz dostluğun rəmzi olduğunu vurğulayıb. (APA)

Oxşar xəbərlər