24.01.2025, 22:23
AZ EN
24.01.2025, 14:45 160

Lavrov Mirzoyanla bağlı qapılar arxasında 3 saat danışıb

XƏBƏRLƏR
  • Yanvarın 21-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında 3 saatdan artıq bağlı qapılar araxasında danışıqlar gedib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. O, bağlı qapılar arxasında gedən danışıqların mahiyyətini açıqlayıb.

Zaxarova bildirib ki, bağlı qapılar arxasında iki ölkə arasındakı məsələlər barədə açıq danışılıb və tərəflər bir-birinə olan iradını səsləndirib: "Bağlı qapılar arxasında çox şey danışılıb. 3 saat bağlı qapı arxasında danışılıb. Danışıqlar açıq olub və bunların çoxu kamera üçün deyil. Ona görə də buradan deyə bilərəm ki, həqiqətən də tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən bir çox məqamlar üzrə səmimi söhbət olub”.

Xatırladaq ki, Sergey Lavrovun Mirzoyanla birgə mətbuat konfransında rusiyalı jurnalistin erməni nazirə ünvanladığı sual tərəflər arasında söz atışmasına səbəb olmuşdu. Jurnalist “Ermənistan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı hansı müddətə ümid edir? Ermənistan hökuməti Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqına üzvlüyü bir araya necə sığışdırmaq niyyətindədir?” sualına Mirzoyan susqunluq nümayiş etdirmişdi. Bu zaman Lavrov “Qoy Ararat Samveloviç cavab versin!" söyləməklə replika atmışdı. Ararat Mirzoyan isə  “Sergey Viktoroviçin cavabı bundan asılıdır?” desə də Lavrov etiraz etmişdi: “Yox, bu sual mənə ünvanlanmayıb, ancaq sizə ünvanlanıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər