19.10.2024, 15:47
AZ EN
01.04.2022, 10:00 610

Hikmət Hacıyev: "Əsas məqsədimiz azad edilmiş ərazilərə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir"

XƏBƏRLƏR

"Hazırda işğaldan azad edilmiş ərazllərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək. "Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı, təxminən, 200 nəfərə yaxındır," - deyə H.Hacıyev bildirib. (AZƏRTAC, "Report")

Oxşar xəbərlər