Qonaqların Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa ziyarəti təşkil ediləcək. Sonra onlar Şuşa şəhərinə səfər edəcəklər. Tədbir iştirakçılarının Şuşa şəhərində gəzintisi təşkil ediləcək, ardınca vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olacaqlar. Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.(AZƏRTAC)