"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan əsas məqsədinə - ermənilərin "Sünik" adlandırdıqları Zəngəzur bölgəsindən keçən dəhlizə nail olmağa çalışır: "Bu kommunikasiya xətti ABŞ və Avropanın da dəstəklədiyi nəhəng "Orta dəhliz" layihəsinin bir hissəsidir. Ona görə də təkcə Bakı və Ankara deyil, həm də beynəlxalq oyunçular bu layihənin həyata keçirilməsində və güzəştlərin təmin edilməsində maraqlıdırlar".
Ananyan iddia edir ki, bütün beynəlxalq oyunçular Ermənistana təzyiq göstərmək və bu tələbin yerinə yetirilməsini təmin etmək məsələsində konsensusa gəliblər.
Elxan SALAHOV