Bunu İctimai TV-yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu “Sülh və təhlükəsizliyin təmin olunması” məsələsinə fikir bildirərkən deyib.
O, bildirib: “Beş il bundan öncəyə qədər əlbəttə ki, regionumuzda sülh və təhlükəsizlikdən danışdıqda mütləq qeyd edəcəyidik ki, Rusiya olmasa, Cənubi Qafqazda sülh və təhlükəsizlikdən danışmaq olmaz. Çünki regionun strateji mənada hərbi-siyasi konteksdə açarı Rusiyanın əlindədir. Ona görə Qarabağ problemi olardı. İkincisi, beş il bundan əvvəl yenə biz biz regional sülh və təhlükəsizlikdən danışsaydıq, Avropa İttifaqı yadımıza düşəcəydi. Çünki Qarabağ problemi həll olunmadan regional təhlükəsizlikdən danışa bilmərik. Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu kim həll edəcək? ATƏT-in Misk qrupu. ATƏT-in Minsk qrununu 26 azvü var. Həmsədrləri bəllidir: Fransadır, Amerika Birləşmiş Ştatalarıdır, Rusiyadır... Belə olan halda bu gün o tarixi müqayisəli metoddan istifadə edək. Bu gün bu aktorların hansının müdaxilə imkanları var regional təhlükəsizliyə? Heç birinin. Çünki biz beş il əvvəl başlatdığımız hərbi, siyasi marafonu, beş il sonra 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında hüquqi-siyasi platformaya oturduq və beləliklə, bir daha təkrara edəcəm ki, bu, tarixi görüşdür, ona görə ki, ilk dəfədir yeni gercəkliyi dünyaya qəbul etdirdikdən sonra regional aktorlar özləri özlərinin talelərini və təhlükəsizliklərinin müzakirə edirlər. Bu məsələnin bir tərəfi.
Biz bayaq bir neçə regiondan danışdıq. Biz bunu üçbuczaq da adlandıra bilırik. Tutaq ki, Türkistan-Cənubi Qafqaz-Anadolu. Amma biz bunu Dunay çayına qədər də uzada bilərik. Biz bunu Ağ dənizə qədər də uzada bilərik. Çünki hər iki ölkənin, Macarıstanın və Şimali Kpir Türk Cümhuriyyətinin də liderləri burda müşahidəçi statusunda iştirak edirlər. Baxın, gözümüzün qabağında nə boyda bir region yarandı bə strateji baxımdan bu region nə qədər əhəmiyyətlidir və ən əsası, yenə bir daha onu qeyd edim ki, bu regionun təhlükəsizliyini regionun liderləri müzakirə edirlər. Buna ədalətli qiymət vermək üçün düşünürəm ki, düşüncələrimizdə sosioloji arxeologiya edək, qayıdaq 2009-cu ilə. Bu ideya hardan Naxçıvandan başladı. Bu gün gəldiyimiz nöqtədə məşvərət ipli bir təşkilatdan, hansı ki, yaradılanda adı Türk Dövlətlərinin Şurası idi. 2021-ci ildə təşkilata çevrildi. Təşkilat nə deməkdir? İnstitsuional mexanizm və qurumları olan, tərkibində struktur vahidlər olan, ayrı-ayrı sahələr üzrə ixtisaslaşan və real fəaliyyət imkanlarına malik olan bir güc deməkdir və bu gücü Azərbaycan Prezidenti necə xarakterizə elədi? Şuşadakı beynəlxalq konfransda dedi ki, Türk Dövlətləri Təşkilatı gələcək dünya nizamında beynəlxalq güc mərkəzlərindən birinə çevrilə bilər. Hazırda biz məhz bu məqsədin və o missiyanın həyata keçirilməsi mərhələsini müşahidə edəcəyik. Bu, məsələnin bir tərəfi. İkincisi, Yenə cənab Prezident inauqurasiya mərasimdə çıxış edərkən dedi ki, Türk Dövlətləri Təşkilatı bizim aləmizdir və sonra izah etdi: “Çünki başqa ailəmiz yoxdur” .
Deputat daha sonra əlavə edib: “Biz həm də bu böyük coğrafiyada tarixən bizə aid olan Turan coğrafiyasının ailə təhlükəsizliyini təmin etməliyik. Amma təhlükəsizlik çox ümumi bir ifadədir. Bu təhlükəsizliyin hərbi-siyasi tərəfi var. İqtisadi tərəfi var. Mənəvi tərəfi var. Humanitar tərəfi var. Tarixi tərəfi var, Mədəni tərəfi var. Mənə elə gəlir ki, bunların hamısı bircə-bircə orda müzakirə olunacaq”
Tahirə AĞAMİRZƏ