"Vətən səsi" xəbər verir ki, Ermənistan liderinin bu hərəkət və açıqlamaları politoloqların da diqqətindən yayınmır. Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib də hesab edir ki, Ermənistanın Baş naziri Moskvada Vladimir Putinlə görüşəndən sonra Vaşinqton razılaşması barədə fikirlərini müəyyən dərəcədə dəyişib. Bu, xüsusilə Zəngəzu dəhlizi ilə bağlı məsələdə özünü daha açıq büruzə verir: "Moskvada keçirdiyi brifinqdən sonra Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirərək, öz təxribatında Azərbaycanı günahlandırmağa cəhd edib. Aydındır ki, Vladimir Putin ona Donald Trampın layihəsi ilə bağlı nəsə etməyi qadağan edib. Ermənistanın Avropa Birliyinə üzvlüyü və Moskvadan uzaqlaşma ilə bağlı söhbətlər sadəcə maskalanmadır. Bu il mayın 9-dakı Moskva paradının fəxri qonağı “sürgün edilmiş kazak” funksiyasını vicdanla yerinə yetirməyə davam edəcək".
Sabiq nazir onu da qeyd edib ki, hazırda Nikol Paşinyan yalnız Qərbi Zəngəzur bölgəsində sərhədin demarkasiyası və delimitasiyası ilə maraqlanır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə sonuncu də sentyabrın 26-da Moskvada görüşüb.
Elxan SALAHOV