Şimali Kiprin lideri sosial şəbəkədə 27 Sentyabr – Azərbaycanın Anım Günü ilə bağlı paylaşım edib.
“Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə şərəfli yol açan Anım Günündə şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, qazilərə cansağlığı və uzun ömür arzulayıram. Qarabağ əbədi olaraq Azərbaycandır!”, - deyə Prezident Tatarın paylaşımında vurğulanıb. (AZERTAC)