23.11.2024, 13:04
AZ EN
31.10.2023, 22:31 295

Kanadanın xarici işlər nazirinin açıqlamaları onun bölgədəki proseslərdən xəbərdar olmadığını göstərir

XƏBƏRLƏR
  • Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarını ciddi narahat edib. Bu səbəbdən də bir sıra ölkələrin hökumət nümayəndələri Ermənistana səfər edərək, Azərbaycanın əleyhinə bəyanatlar səsləndirirlər. Kanadanın xarici işlər naziri Melani Coli də Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Azərbaycanın 30 il ərzində Ermənistanın işğalçı siyasətinə məruz qaldığını bildirən deputat işğal nəticəsində 1 milyondan çox insanın öz torpaqlarından qovulmasının, onların evlərinin, digər infrastrukturların tamamilə məhv edilməsinin beynəlxalq cinayət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, amma nədənsə, Kanada və digər ölkələr bütün bunlara görə Ermənistanı ittiham etmədi. Əksinə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi onları narahat edir. Bu o deməkdir ki, həmin ölkələr üçün beynəlxalq hüquq heç bir məna kəsb etmir, onlar müəyyən maraqlar çərçivəsində siyasət yürüdürlər.

Deputatın sözlərinə görə, Kanadanın xarici işlər nazirinin açıqlamaları onun bölgədəki proseslərdən xəbərdar olmadığını göstərir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir.

S.Fətəliyevanın fikrincə, kanadalı nazirin Azərbaycanı sanksiyalarla hədələməsi isə isterikadan başqa bir şey deyil. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Eyni zamanda, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.

"Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı” vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Azərbaycan Kanada kimi ölkələrin hansısa sanksiya hədəflərindən çəkinəcək dövlət deyil. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır", - deyə deputat vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər