10.10.2025, 21:14
AZ EN
26.09.2025, 10:28 144

Putin Paşinyana: "Həmişə danışmağa sözümüz olacaq"

XƏBƏRLƏR
  • Rusiya Prezidenti Vladimir Putin dünən Moskvada keçirilən Qlobal Atom Enerjisi Forumunda iştirak etmək üçün bu ölkədə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Amma Putinin ondan əvvəl daha vacib şəxslərlə görüşməsi səbəbindan Paşinyanı saatlarla gözlədib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Putin Paşinyanı qəbul etməzdən əvvəl Efiopiyanın baş naziri Abiy Əhməd və Myanma prezidenti vəzifəsini icra edən Min Aunq Hlainqlə danışıqlar aparıb. Rusiya lideri Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) baş direktoru Rafael Qrossi ilə də görüşüb. Buna görə də Paşinyan Putinlə görüşmək üçün az qala gecə yarısına qədər gözləməli olub. Belə ki, Ermənistanın Baş naziri rusiyalı həmkarı ilə səfər proqramında nəzərdə tutulduğu kimi sentyabrın 25-də deyil, ertəsi gün gecə saat 01:00-da görüşüb.

Görüş zamanı Vladimir Putin Rusiya-Ermənistan davam edən soyuq münasibətlərin tərəflərdən heç birinin xeyrinə olmadığına işarə edərək belə bir cümlə də işlədib: “Bir-birimizi bu yaxınlarda görsək də, həmişə danışacaq bir şeyimiz var və olacaq”.

Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər.

Dünən həm də məlum olub ki, Nikol Paşinyan MDB Hökumət Başçılarının sentyabrın 29-30-da Minskdə keçiriləcək iclasında iştirak etməyəcək. Ermənistanı həmin toplantıda Baş nazirin müavini təmsil edəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər