22.11.2024, 21:07
AZ EN
05.07.2024, 08:32 287

Belçika minalardan təmizləmə üçün Azərbaycana 250 min avro ayırıb

XƏBƏRLƏR
  • Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN) ayırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində bildirib.

"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, - diplomat yazıb. (Trend)

Oxşar xəbərlər