15.12.2024, 10:05
AZ EN
06.07.2023, 14:27 238

Erməni politoloq: “Azərbaycanlılara 200 milyard dollar təzminat ödəməyə başlayanda...”

XƏBƏRLƏR
  • Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, talançılıqla məşğul olması və həmin ərazilərdə azərbaycanlıların izini birdəfəlik silməyə cəhd göstərməsi müharibə cinayətlərin təkzibolunmaz faktları kimi diqqət mərkəzindədir. Xarici havadarlarının dəstəyinə arxalanaraq törətdikləri cinayətlərə müxtəlif don geyindirməyə və məsuliyyətdən yayınmağa çalışan Ermənistan regionda geosiyasi vəziyyət dəyişəndən sonra ciddi təhlükə ilə üzləşib. Beynəlxalq hüquq ədalətli yanaşma sərgiləyəcəyi təqdirdə işğalçı Ermənistan Qarabağda və ətraf 7 rayonda törətdikləri vandalizm aktlarına görə Azərbaycana külli miqdarda təzminat ödəmək məcburiyyətində qalacaq.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistandakı bəzi dairələr də anlamağa başlayıb. Belə ki,  Azərbaycanın Beynəlxalq Məhkəmədə təzminat davası açmasından sonra ölkəmizə dəyən ziyanın sübut ediləcəyi və rəsmi Yerevanın həmin ziyanı ödəmək məcburiyyətində qalacağını proqnozlaşdıranlar da var.

Erməni politoloq Gevorq Danelyan özünün "Facebook" səhifəsində bu barədə yazıb. O, qeyd edib ki, Azərbaycanın tələblərinin yerinə yetirilməməsi genişmiqyaslı müharibəyə səbəb ola bilər: “Azərbaycan erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir, hətta beynəlxalq strukturlara rəsmi müraciət ünvanlanıb. Biz onlara hərbi cərimə və 200 milyard dollar təzminat ödəməyə başlayanda təəccüblənməyin. İndi Azərbaycan yüksək səviyyədə hesablamalarla məşğuldur”.

Xatırladaq ki, turizm potensialı, gəzməli-görməli yerləri, maddi mədəniyyət abidələri ilə zəngin olan Qarabağ və ətraf 7 rayon 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. Bu müddət ərzində erməni quldurları şəhər və kəndlərimizdə yeraltı və yerüstü sərvətlərini talamaqla yanaşı, xalqımızın əsrlər boyu qoruyub saxladığı qədim tarixə malik mədəni irsimizə qarşı misli görünməmiş vandalizm aktları törədib. İşğal zonasında daşı daş üstə qoymayan erməni vandalları Qarabağın müxtəlif ərazilərində maddi mədəniyyət abidələri dağıdaraq məhv edib, bəzilərinin üzərində isə xaç şəkli çəkməklə onları saxtalaşdırmağa çalışıb.

Elxan SALAHOV

Oxşar xəbərlər