18.07.2025, 00:46
AZ EN
17.07.2025, 15:14 222

Erməni politoloq: “Rusiya seçim qarşısında qalsa Qafqazdan imtina edəcək”

XƏBƏRLƏR
  • “Əgər Rusiya Ukrayna və Qafqaz arasında seçim qarşısında qalacaqsa, Moskva bütün diqqətini Ukraynaya yönəldəcək“.

"Vətən səsi" xəbər verir ki, bu barədə ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan “Ermənistan xəbərləri” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Qafqaz nə qədər vacibdirsə, Ukrayna ondan da önəmlidir: “Rusiyanın vəziyyətinin nə qədər çətin olduğunu, yəni belə çətin seçim etmək həddinə çatıb-çatmadığını bilmirik. Amma çətin seçim yaranarsa, onlar öz qüvvələrini və resurslarını Ukrayna üçün saxlamağa məcbur olacaqlar. Mənə elə gəlir ki, bu halda onlar Qafqazdan imtina edəcəklər”.

Professor Qriqoryan Rusiya tərəfinin Qarabağ məsələsi və Ermənistan-Azərbaycan danışıqları baxımından bir çox fərqli üstünlüklərə malik olduğunu da xüsusi vurğulayıb. O, qeyd edib ki, Qarabağ münaqişəsinin uzun müddət davam etməsində Rusiyanın özünün maraqları olub və hər addımda bu siyasəti əsas tutublar: "Rəsmi Moskva Qarabğın statusunu qeyri-müəyyən vəziyyətdə qoymaq və ilk növbədə Rusiyanın vasitəçiliyi və zəmanəti ilə həyata keçiriləcək Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına şərait yaratmaq istəyirdilər. Bu, Rusiyaya sülhməramlı qüvvələrini orada buraxmağa imkan verəcəkdi. Amma Azərbaycan prezidenti güclü ordu yaratmaqla əraziləri geri qaytardı, siyasi üstünlüyü ələ keçirdi və Rusiyanın Qarabağla bağlı strategiyası tamamilə pozuldu".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR