09.06.2025, 11:10
AZ EN
04.10.2022, 12:05 413

Türkiyə səfiri Azərbaycan Prezidentinin köməkçisinə Qarabağ Zəfərinə həsr olunmuş gümüş sikkə hədiyyə edib

XƏBƏRLƏR
  • Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Səfir bununla bağlı özünün tviter hesabında bildirib.

Diplomat qeyd edib: “Hikmət Hacıyevə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Qarabağ Zəfəri ilə əlaqədar hazırlanmış gümüş xatirə sikkəsini hədiyyə etdim. Türkiyə haqlı mübarizəsində sonadək Azərbaycanın yanındadır”.

Oxşar xəbərlər