23.06.2025, 19:03
AZ EN
23.06.2025, 15:09 240

Azərbaycan kilsədə törədilən terror aktına görə Suriyaya başsağlığı verib

XƏBƏRLƏR
  • Azərbaycan Dəməşqdə kilsədə törədilən terror aktına görə Suriyaya başsağlığı verib.

Bu barədə Azərbaycan Xarixi İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

Qurbanların ailələrinə və bu əsassız zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk.

Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”, - paylaşımda qeyd edilib. (Trend)

Oxşar xəbərlər