23.12.2024, 15:34
AZ EN
30.11.2023, 20:01 247

Sahibə Qafarova Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri ilə görüşüb

XƏBƏRLƏR
  • Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb.

Parlamentdən bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarovanın Milli Məclisin sədri kimi Almaniyaya ilk səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Görüşdə Milli Məclisin sədri regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında da məlumat verib. (Trend)

Oxşar xəbərlər