23.06.2025, 17:49
AZ EN
23.06.2025, 12:49 358

Qərbi Azərbaycan İcmasının sədri: Dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Eləcə də sülh, barışıq, birgəyaşayış dəyərlərinə hörmətlə yanaşır. Biz dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də bizim çağırışlarımıza cavab vermir.

Bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə söyləyib.

İcma sədri bildirib ki, Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. "Biz Ermənistanı insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırırıq", - deyə İcmanın İdarə Heyətinin sədri vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər