"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Hraparak" qəzetinin yaydığı məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sabah İstanbulda təkbətək görüş keçiriləcək. Mətbuata qapalı danışıqlarda əsas müzakirə mövzusu İrəvanla Bakı arasında razılaşdırılmış sülh sazişindəki müddəalar olacaq. Bundan sonra Ermənistan Azərbaycanla yeni bir sazişin imzalayacaq. Həmin sənəddə azərbaycanlıların öz tarixi torpaqlarına, yəni hazırda Ermənistan ərazisində yerləşən bölgələrə qayıdışı məsələsi də əks olunub.
Qəzet iddsia edir ki, bu məsələ Türkiyə, Azərbaycan və Ermənistanın hökumət nümayəndələrinin iştirakı ilə şifahi olaraq razılaşdırılıb. Sabah isə həmin üçtərəfli razılaşmasının rəsmi sənəd halında imzalanacağı gözlənilir. Nəşr onu da qeyd edir ki, İrəvan-Bakı-Ankara üçbucağının razılaşdırdığı bu təşəbbüs Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub.
"Hraparak" məsələ ilə bağlı aidiyyəti üzrə mərkəzi orqanlara sorğu göndərsə də, İrəvan hələlik xəbərə rəsmi münasibət bildirməyib.
Elxan SALAHOV