13.06.2025, 21:06
AZ EN
22.05.2025, 17:46 115

İran Zəngəzur dəhlizini dəstəkləyir, amma...

XƏBƏRLƏR
  • “İran bölgədə yolların açılması ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülh kəsişməsi” layihəsini dəstəkləyir”.

"Vətən səsi" xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani Sünikdə (Qərbi Zəngəzur) deyib: “Biz əvvəllər də Ermənistan baş nazirinin “Sülh kəsişməsi” layihəsini alqışlamışıq. Bu, kommunikasiyaların açılması üçün bir fürsət ola bilər”, - səfir qeyd edib.

Sübhani əlavə edib ki, Qərbi Zəngəzurdan keçən yollar Ermənistanın suverenliyi altında açılmalıdır: “Biz kommunikasiyaların açılmasının əleyhinə deyilik, amma bu, Ermənistanın suverenliyi altında olmalıdır. Düşünürəm ki, bu layihə regionda yüklərin daşınmasına da öz töhfəsini verəcək”.

İranın Ermənistandakı səfiri vurğulayıb ki, Tehran Bakı və İrəvan arasında davam edən sülh danışıqlarını dəstəkləyir: "Biz Azərbaycan və Ermənistan arasında sülhü danışıqlarının gedişini diqqətlə izləyirik. İki ölkə arasında sülh danışıqlarını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz inanırıq ki, sülh sazişinin imzalanması həm hər iki ölkənin, həm də regionun maraqlarına uyğundur. Həmin müqavilənin imzalanmasına töhfə verməyə hazırıq. Hər kəs sülh sazişini alqışlamalıdır”, -

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə İrəvanın nəqliyyat yolları ilə bağlı “Sülh qovşağı” layihəsindən də danışmışdı. Dövlət başçısı bildirmişdi ki, Ermənistan həmin layihəni reallaşdırmaq üçün əvvəlcə Azərbaycana müraciət eləməlidir: “Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.

Elxan SALAHOV

Oxşar xəbərlər