Rumıniyanın “Curierul National” qəzetində və Bolqarıstanın “24 chasa” xəbər portalında yayımlanan xəbərlərdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, müsahibədə Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafını yüksək qiymətləndirib və səfərin nəticələrindən məmnunluğunu ifadə edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Çin arasında vizaların qarşılıqlı ləğvi haqqında sazişin imzalanması tarixi hadisədir və hər iki xalq üçün əhəmiyyətli xəbərdir. Bu mühüm addım Azərbaycan-Çin əməkdaşlığını daha da gücləndirəcək və vətəndaşlar arasında əlaqələrin genişlənməsinə töhfə verəcək. (AZERTAC)