20.09.2024, 11:00
AZ EN
24.03.2023, 19:45 80

Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır

XƏBƏRLƏR
  • Müşahidələr, eləcə də monitorinqlər göstərir ki, Rusiya silahlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə Ermənistandan Qarabağa qanunsuz olaraq silahların daşınması davam edir. Bunu faktlar sübut edir. Eyni zamanda, bu, birmənalı şəkildə ondan xəbər verir ki, Ermənistan revanşist meyillərdən əl çəkməyib, həmçinin 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə sadiq deyil. Bu baxımdan təbii ki, həmin Bəyanata uyğun olaraq, Qarabağda olan 10 mindən artıq qeyri-leqal Ermənistan ordusunun üzvlərinin Azərbaycan ərazilərindən çıxarılması olduqca vacibdir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Ermənistan qeyri-şərtsiz üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, Azərbaycan və Ermənistan arasında sərhəd nəzarət-buraxılış məntəqəsinin açılmasını daha da aktullaşdırır.

"Bu baxımdan danışıqların əsas istiqamətlərindən biri də Laçında sərhəd buraxılış məntəqəsinin açılması olmalıdır. Bu istiqamətdə Azərbaycan tərəfindən də artıq təkliflər təqdim olunub. Qarabağda Ermənistan silahlı qüvvələrinin silah-sursat daşıması bir daha təsdiq edir ki, həm beynəlxalq prinsiplərə, həm də Cenevrə Konvensiyasına uyğun olaraq, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Ermənistanla sərhədində qısa zamanda sərhəd buraxılış məntəqəsinin açılması olduqca labüddür. Bu, regionda, bütövlükdə Qafqazda sülhün əldə edilməsində və onun daha dayanıqlı formalaşması baxımından da olduqca vacibdir", - deyə Vüqar Bayramov qeyd edib.("AZERTAC")

Oxşar xəbərlər