16.04.2025, 22:32
AZ EN
10.04.2025, 12:45 254

"Erməni soyqırımı" ilə bağlı gizli danışıqlar gedirmiş...

XƏBƏRLƏR
  • Sosial şəbəkənin Ermənistan seqmentində 2007-ci ildə ABŞ Konqresində qondarma “erməni soyqırımı”nın tanınmasına dair ‘Wikileaks’ sənədlərinə əsaslanan iddialar yayılıb. Bildirilir ki, 2007-ci ildə ABŞ və Ermənistan hökumətləri arasında bəzi məxfi görüşlərin keçirilib və bundan sonra Konqresdə “erməni soyqırımı” tanınıb.

"Vətən səsi" xəbər verir ki, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yerli mətbuata açıqlamasında məlumatları qismən təsdiqləyib. O, yayılan bəzi iddiaların hamısının həqiqətə uyğun olmadığığını söyləsə də, həmin dövrdə ABŞ və Avropanın bəzi siyasi dairələrinin iştirakı ilə belə bir görüşün keçirildiyini gizlətməyib.

Oskanyan onu da vurğulayıb ki, 2007-ci ildə İrəvana gələn amerikalı rəsmilərin Ermənistanın hakimiyyət nümayəndələrindən qondarma soyqırımı ilə bağlı bəzi xahişlər olub: “Həmin günlərdə ABŞ və Türkiyə arasında münasibətlər gərgin idi. ABŞ Konqresində “erməni soyqırımı”nın tanınması məsələsi qaldırıldı. Vaşinqtondan bir nümayəndə İrəvana gəldi və bu məsələnin təxirə salınması üçün Konqresə müdaxilə etməyimizi istədi. Lakin burada əsas məqsəd, ABŞ-ın təzyiqlərini Ermənistan üzərindən götürüb Türkiyəyə yönləndirmək idi. “Wikileaks”də bu barədə qeyd olunan orijinal materiallarda da həqiqət əks olunub. Sənədlər də var. Çoxları baş verənlərin məqsədini anlamır”.

Xatırladaq ki, 2007-ci ildə ABŞ-ın o zamankı prezidenti Corc Buş Konqresi qətnaməni qəbul etməməyə çağırıb və Türkiyənin ABŞ-ın müttəqifi olduğunu bildirib. Həmçinin Türkiyənin o həmin ildə baş naziri vəzifəsini icra edən hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan da bu addımın iki ölkə arasındakı münasibətlərə zərər verəcəyini vurğulayıb. Lakin qətnamə səs çoxluğun ilə dəstəklənib və qəbul edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər