08.09.2024, 07:24
AZ EN
21.05.2024, 17:26 163

Kirantsda demarkasiya işlərinə yenidən baxılmayacaq

XƏBƏRLƏR

Ermənistanla Azərbaycan arasında delimitasiya olunacaq sərhədlər mərhələli şəkildə davam edəcək. Artıq mübahisə doğuran iki kənddə işlər tamamlanıb. Ermənilər arasında bəzi narazılıqlar olsa da, Kirants kəndində aparılan demarkasiya işlərinin yekununa yenidən baxılmayacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni mətbuatı hakim partiyanın deputatı Vaaqn Aleksanyana istinadən məlumat yayıb. O, Rusiyanın adamı kimi tanınan keçmiş prezident Robert Köçəryanının rəhbərlik etdiyi müxalif qüvvələrin Erməni Katolik Kilsəsinin yepiskopu Baqrat Qalstanyan vasitəsilə delimitasiya və demarkasiya proseslərinə mane olmaqda ittiham edib: "Robert Koçaryanın hakimiyyət uğrunda mübarizəsi nəinki müqəddəs sayılmır, hətta gülüş doğurur. Onların 2021-ci ildən rəhbər tutduğu ritorika dəyişməyib. Müxalifətin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 1969-cu ilə aid xəritələr əsasında həyata keçirilməsinə irad tutmağa haqqı yoxdur. Çünki onların təklif etdikləri 1974-1979-cu illərə aid xəritələr də məhz 1969-cu ilin xəritəsinin əsasında hazırlanıb. Müxalifətin bunu bilərək ictimaiyyətdə narazılıq yaratmaq cəhdləri anlaşılan deyil. Daşnak ideologiyasına sahib olan bu adamlar Rusiyanın tərəfdarı olan şəxsin diktəsi ilə hərəkət edir. 2023-cü ildə Rusiya tərəfdarı olan bir şəxs deyirdi ki, hamının Qalstanyan soyadı ilə tanıdığı Baqrat Srbazan Baş nazir postuna namizəd olmalıdır. İndi isə 130 illik tarixə malik partiya bu ideyanı reallaşdırır”.

Vaaqn Aleksanyan deyib ki, Ermənistanda Azərbaycanın Qazax rayonu ilə həmsərhəd bölgədə Kirants kəndində demarkasiya işlərindən narazılıq edənlər hökumətə qarşı qərəzli mövqedədir və buna görə əhali onları dəstəkləmir. Onun sözlərinə görə, Kirants kənd ərazisində demarkasiya prosesi tamamilə yekunlaşıb və sərhədin bu hissəsindəki işlərə  yenidən baxılmayacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər