26.12.2024, 16:58
AZ EN
29.11.2024, 13:00 231

Deputat: Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması onun yeni müharibəyə hazırlaşmasını göstərir

XƏBƏRLƏR
  • Ermənistan heç zaman regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olmayıb. Ona görə ki, Ermənistan müstəqil siyasət apara bilmir, Qərb dövlətlərinin diktəsi altında hərəkət edir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu gün Ermənistanda revanşizm əhval-ruhiyyəsi hələ də hökm sürür.

“Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması onun yeni müharibəyə hazırlaşmasını göstərir. Əlbəttə Ermənistan təkbaşına Azərbaycana qarşı hər hansı müharibəyə hazırlaşmaq iqtidarında deyil. Yeni müharibə avantürası Qərbin növbəti planıdır. Əlbəttə ki, burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Qərb dairələri regionda yeni münaqişə ocağı yaratmaqla öz çirkin niyyətlərinə nail olmağa çalışır.

“Bu gün Ermənistanın arxasında duran Fransa, həmçinin, Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Onlar yeni münaqişə ocağı yaratmaqla həm də Rusiyanın diqqətini yayındırmaq istəyirlər. Ancaq onlar müharibə olacağı halda Ermənistanı hansı fəlakətlərlə qarşılaşacağının fərqində deyillər. Əlbəttə, bu, onlar üçün maraqlı deyil. Onlar üçün maraqlı olan öz çirkin niyyətlərinin həyata keçməsidir. Ancaq hər zamankı kimi onların bu çirkin planları puç olacaq. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan ordusunun gücünü gördü. Ötən illər ərzində Azərbaycan ordusu daha da güclənib, müasir silahlarla təchiz edilib. Əgər yenidən müharibə olacaqsa, burada birmənalı şəkildə itirən Ermənistan olacaq. Dəmir yumruq hər zaman yerindədir və istənilən vaxt düşmənin başını əzməyə hazırdır”, - deyə deputat əlavə edib. (Trend)

Oxşar xəbərlər