08.06.2025, 12:18
AZ EN
12.10.2023, 14:13 302

Azər Qarayev: Heç kim Azərbaycanı humanitar normaları pozmaqda ittiham edə bilməz

XƏBƏRLƏR
  • Qərbdəki erməni havadarlarının Azərbaycana qarşı qərəzli yanaşmaları, ikili standartları bütün dövrlərdə özünü göstərib. Son günlər isə biz bu qərəzli yanaşmaların daha çox şahidi oluruq.

Bu sözləri təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Qərbdə Azərbaycana qarşı çirkin kampaniya başladıblar.

"Vəziyyət o həddə çatıb ki, hansısa erməninin ayağına daş da dəysə, bunda Azərbaycanı günahlandıracaqlar.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi "Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib". Heç kim Azərbaycanı humanitar normaları pozmaqda ittiham edə bilməz. Sadəcə ötən 30 ili müqayisə etmək faktlara nəzər salmaq buna kifayətdir. Ərazirlərimiz işğal olunarkən vətəndaşlarımızı doğma torpaqlarından didərgin edən, onları atəşə tutan məhz ermənilər idi. Bir milyondan çox məcburi köçkünü çətin vəziyyətdə uzun illər yaşamağa məhkum olan tərəf də Azərbaycan olub.

Qarşılığında biz nə gördük? Azərbaycan könüllü şəkildə Qarabağı tərk edən ermənilərə heç bir təzyiq göstərmədi, onlara bütün humanitar yardımlar edildi. Hətta bir günlük antiterror tədbirləri zamanı da Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi və heç bir mülki erməni sakinə zərər dəymədi", - deyə A.Qarayev əlavə edib.

O, ermənilərin Qarabağı təkr etməsinin səbəblərini də açıqlayıb:

"Uzun illər ərzində Ermənistan cəmiyyətinə türkəfob, "azərbaycanlılar düşməndir", fikirləri aşılanıb. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan əksinə bu təşəbbüsləri dəstəkləmədi və növbəti dəfə öz cəmiyyətində Azərbaycana qarşı revanşist ideyaları aşıladı, düşmənçiliyi alovlandırdı.

Digər bir səbəb isə, Qarabağdakı separatçı rejim tör-töküntüləri də dinc sakinlərə təzyiq göstərərək onları Qarabağı tərk etməyə sövq edirdi. Hətta bu məsələdə Ermənistan hakimiyyəti də maraqlıdır. Çünki onlar hər zaman özlərini əzilmiş, yazıq kimi göstərmək üçün fürsətlər axtarırlar. İndi də Ermənistan hakimiyyəti Qarabağı tərk edən ermənilərin hesabına xarici dövlətlərdən külli miqdarda yardımlar almaq istəyir. Heç bir iqtisadi imkanları, istehsalı, sənayəsi olmayan Ermənistan üçün bu əla fürsət kimi görünür".

Polkovnik qeyd edib ki, Azərbaycan ən əvvəldən reinteqrasiya planını hazır edib. Qarabağın erməni sakinlərinə də öz vətəndaşı kimi yanaşır:

"Digər vətəndaşlarımız kimi onlar da dövlət tərəfindən göstərilən bütün hüquqlardan istifadə edə biləcəklər. Hətta azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası da bildirib ki, ərazidə bütün humanitar normalara əməl olunub.

Lakin erməni havadarı olan bəzi dairələr, xüsusən bu dairələrə öncülük edən Fransa Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl atıblar. Azərbaycana qarşı saxtakarlığa və həyasızlığa yol verirlər. Hətta bir sıra Qərb mediasında heç bir faktları olmadıqlarına görə Gəncənin, Bərdənin ermənilər tərəfindən vurulması görüntülərini göstərib, bunu təhrif etməyə, guya bu görüntülərin ermənilərə aid olduğunu bildirirlər. Bu gün Azərbaycan bir neçə mərkəzdən idarə olunan saxta, qərəzli, ikiüzlü informasiya müharibəsi ilə üz-üzədir". (Trend)

Oxşar xəbərlər