17.04.2025, 22:25
AZ EN
08.04.2025, 19:53 53

Ömər Aşur: Azad olunmuş ərazilərin bərpası Azərbaycanın qlobal nüfuzunun güclənməsində vacib bir mərhələdir

XƏBƏRLƏR
  • Azad olunmuş ərazilərin bərpası Azərbaycanın qlobal nüfuzunun güclənməsində vacib bir mərhələdir.

Bunu Doha Aspirantlar İnstitutu və Ekster Universitetini təmsil edən, təhlükəsizlik və hərbi araşdırmalar üzrə professor Ömər Aşur ADA Universitetinin Xankəndi şəhərində keçirilən 7-ci Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

Aşur onun üçün Azərbaycanda, ələlxüsus da işğaldan azad olmuş və bərpa işlərinin aparıldığı ərazilərdə olmağın böyük şərəf olduğunu vurğulayıb. O, ölkədəki irəliləyişin və həmin bölgələrdəki bərpa işlərinin vacibliyini qeyd edərək, bunun Azərbaycanın və onun qlobal nüfuzunun inkişafı planında irəliyə doğru atılmış mühüm addım olduğunu söyləyib.

Professor, həmçinin, forumla bağlı gözləntilərini də bölüşüb.

“Mənim məqsədim – Qlobal cənub və regionda, o cümlədən, Qafqaz, Yaxın ŞƏrq və Şərqi Avropada təhlükəsizliklə bağlı biliklərimi bölüşməkdir”, - deyə o qeyd edib. Aşur qeyd edib ki, öz elmi fəaliyyətində o, kiçik dövlətlərin müdafiəsi məsələləri üzrə ixtisaslaşıb və bu ölkələrə qlobal təhdidlər şəraitində maraqlarını qorumaqda yardım göstərir.

O, həmçinin, azad edilmiş ərazilərin bərpasında məsləhətçi rolunun və bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə siyasi və akademik çözümlərin hazırlanmasına köməyin əhəmiyyətini vurğulayıb. Ömər Aşur Azərbaycanı bu səylərdə dəstəkləməyə və öz təcrübəsindən istifadə edərək regionun potensialının inkişafına kömək göstərməyə hazır olduğunu ifadə edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR