17.04.2025, 07:06
AZ EN
08.04.2025, 13:44 245

Sözçü: Qərbi azərbaycanlıların geri qayıdışına beynəlxalq dəstək onların qayıdış hüququndan irəli gəlir

XƏBƏRLƏR
  • Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına beynəlxalq təşkilatlar tərəfindən bir – birinin ardınca dəstək verilməsi soydaşlarımızın geri qayıdışının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmasını bir daha isbat edir.

Bunu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Qərbi Azərbaycanlılara dəstək ifadə olunması ilə bağlı Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülviyyə Zülfiqar bildirib.

O deyib ki, Qərbi azərbaycanlıların geri qayıdış hüququ Ümumdünya İnsan haqları bəyannaməsində əks olunub:

“Qərbi azərbaycanlılara digər beynəlxalq təşkilatlar, BMT, İslam Əməkdaşlıq təşkilatı və s. kimi qurumlarda dəstək ifadə olunması da məhz sözügedən prinsip üzrə geri qayıdış hüququna malik olmağımızdan irəli gəlir. Soydaşlarımızın haqq işinə verilən beynəlxalq dəstək, Qərbi Azərbaycanla bağlı əldə edilən bütün nailiyyətlər Azərbaycan dövlətinin, ölkə başçısının bu məsələdə bizə göstərdiyi mənəvi dəstək, sərgilədiyi qəti mövqe ilə bağlıdır”.

Sözçü bildirib ki, Qərbi Azərbaycan İcması soydaşların geri qayıdışı ilə bağlı aparılan haqq işinə dəstək verən bütün dövlətlər və beynəlxalq təşkilatlara təşəkkür edir. (Report)

Oxşar xəbərlər