09.06.2025, 17:00
AZ EN
06.03.2025, 12:42 218

Ermənistan Avropaya inteqrasiyadan geri çəkilir

XƏBƏRLƏR
  • Ermənistan Parlamentinin Avropaya İnteqrasiya Komitəsi tərəfindən Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı layihə ikinci oxunuşda səsvermə üçün iki aya qədər təxirə salınıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Buna səbəb kimi komitənin məsələnin Şuranın gündəliyinə daxil edilməsi üçün müzakirəni təşkil etməyə və səsverməyə vaxt tapmaması olub.

Məlumata görə, Nikol Paşinyan bu mövzudan tamamilə çəkilməyə meyllidir və gələcəkdə layihə parlamentdə müzakirəyə çıxarılmayacaq. Xüsusilə ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı geosiyasi hadisələri anlamaq üçün onlara vaxt lazım olub.

O da qeyd olunur ki, layihənin siyasi məqsədf və məramlarının əks olunduğu preambulanın müəllifləri birinci və ikinci oxunuşlar arasındakı fasilə zamanı heç bir təklif irəli sürməyiblər. Xarici işlər nazirinin müavini Paruyr Hovannisyan isə qanun layihəsindən preambulanın çıxarılmasını təklif edib. Bundan sonra parlament komitəsinin rəyindən asılı olmayaraq layihənin martın 25-də parlamentin plenar iclasında müzakirəyə çıxarılması barədə qərar qəbul edilib. Hökumətin əsaslandırmasına görə, təsdiqləmə Ermənistan vətəndaşlarının Aİ-nin tam hüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini daha real edəcək, həmçinin gələcək müzakirələr üçün daha işlək mühit yaradacaq. Amma Ermənistan rəhbərliyi indiki şəraitdə Aİ-yə üzvlük sənədinin qəbul etməyə hazır görünmür.

Elxan SALAHOV

Oxşar xəbərlər