15.03.2025, 02:57
AZ EN
27.01.2025, 10:49 144

Paşinyanın özünü sığortlamaq üçün növbəti yalanı

XƏBƏRLƏR
  • “Paşinyan 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı həbs edilən cinayətkar dəstə haqqında müdafiə xarakterli çıxış edirək “onları rəqibim hesab etmirəm” deyir. Əslində Araik Arutyunyan və digərlərinin həbs olunması, onların bir daha Xankəndidən İrəvana qayıtmaması indiyə qədər Paşinyana sərf edib”.

“Vətən səsi” xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı şənbə günü  Ermənistan Baş nazirinin İctimai Televiziyaya müsahibəsində guya separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaları şərh edərkən bildirib. O, qeyd edib ki, bu iddialar tamamilə əsassız olmaqla yanaşı rəsmi Bakının regional eskalasiyaya rəvac verəcək hər hansı addım atmağa ehtiyacı yoxdur: “Əslində isə Paşinyan nözününşəxsi maraqlarından çıxış edərək belə iddialar ortaya atır. Çünki separatizmin ləğvindən sonra separatçı liderlərin Ermənistana qayıtması həmin vaxt hakimiyyətə qarşı etirazları fərqli məcraya yönəldə, Paşinyan hökumətinə daha təhlükəli edə bilərdi. Artıq bu təhlükə sıradan çıxıb və Bakıda həbsdə olan separatçıların məhkəmə qarşısına çıxarıldığı vaxt erməni ictimai rəyində hakimiyyətə qarşı ittihamlar intensivləşir. Buna görə də Nikol Paşinyan indi cinayətkar dəstəni guya, müdafiə etdiyini nümayiş etdirir. Halbuki o, separatçıların məhkəmədə onun əleyhinə danışacaqlarından qorxur”.

Politoloq bildirib ki, Paşinyanın əsassız və gülünc iddialarının əsas səbəbi hakimiyyəti itirmək qorxusudur. Onun sözlərinə görə, Bakıda məhkəmə qarşısında ifadə verən separatçı liderlərin etirafları Paşinyan da daxil olmaqla Ermənistanı ağır müharibə cinayətləri törətmiş tərəfin ünvanı və buna qərar vermiş şəxslərin kimliyini göstərir: “İlk məhkəmə prosesində Araik Arutyunyan şəxsi təşəbbüsü ilə çıxış üçün söz alaraq Gəncənin bombalanmasından danışdı və bildirdi ki, şəhərin vurulma əmrini o verməyib, onun belə bir səlahiyyəti, hətta rəy bildirməyə də imkanı olmayıb. Bü, bir daha sübut edir ki, mülki əhalinin yaşadığı şəhərlərin bombalanması da daxil olmaqla 44 günlük müharibə dövründə bütün əmrlər Paşinyan tərəfindən verilib. Məhkəmə prosesində hər şey Araik Arutyunyan və digərləri tərəfindən etiraf edilsə, bu, Ermənistanın, birbaşa Nikol Paşinyanın hərbi cinayətlərini ispatlayacaq. Hətta məhkəmə prosesində Ermənistanın dəhşətli cinayətlərinə dair çoxsaylı faktların ortaya çıxması da gözləniləndir”.

Bakıda həbsdə olan separatçı liderlərə qarşı psixotrop maddələrin tətbiq olunması barədə iddialara gəlincə, politoloq Paşinyanın özünü sığortalamaq üçün növbəti uydurması kimi dəyərləndirib: “Paşinyanın “qadağan olunmuş psixoaktiv maddələrlə” bağlı iddiası da özünü sığortalamağa, Bakıdakı məhkəmə prosesinin və Ermənistanın hərbi cinayətləri ilə bağlı ortaya çıxacağı gözlənilən faktların legitimliyini şübhə altına almağa hesablanıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR